Ermənistan Baş Prokurorluğu əsir azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işinin icrasına başlayıb.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, hərbçilərimiz Ermənistan dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah-sursat daşımaqda ittiham edilirlər.
Aqşin Bəbirov və Hüseyn Axundovun barəsində həbs qətimkan tədbiri seçilib. Toyuqlu pizza
Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Telegram kanalımız