Əsgərlərin andiçmə mərasimi keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Əsgərlərin andiçmə mərasimi keçirilib

Rəsmi

12 May 2019 11:45 989


Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Gənc əsgərlər komandirlərinin və valideynlərinin şahidliyi ilə Vətənə sədaqət andı içərək Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlarına söz veriblər.

Müdafiə Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, tədbirdə çıxış edənlər gənc əsgərləri hərbi andı qəbul etmələri münasibətilə təbrik ediblər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Elman Orucov Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, beş minillik tarixə malik olan Naxçıvan muxtariyyətinin 95-ci ilində uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ötən il Əlahiddə Ümumqoşun Ordunun hərb tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri muxtar respublikamızın iqtisadi inkişafından və müdafiə qüdrətindən xəbər verir. Təbii ki, bütün bunlar da ümummilli lider Heydər Əliyev yoluna sədaqətin, muxtar respublikamızın hərtərəfli inkişafının və xalq-ordu birliyinin təntənəsidir. pizza mizza

Təbrik oxunduqdan sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!