Əsir azərbaycanlı hərbçilər: Baş prokuror nə dedi?

saytların hazırlanması

Evə çatdırılma

Əsir azərbaycanlı hərbçilər: Baş prokuror nə dedi?

Rəsmi

03 May 2023 17:14 1170


Azərbaycan əsgərlərinin ölkələrinə ekstradisiyası hazırkı məhkəməyə qədərki mərhələdə nəzərdə tutulmayıb və qanunla da nəzərdə tutulmayıb.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Anna Vardapetyan deyib.

O, əsir götürülmüş iki Azərbaycan hərbçisi barədə danışarkən Azərbaycan hərbçilərinin gələcəkdə ekstradisiyası oluna biləcəyi ilə bağlı məsələnin səlahiyyətlərinə daxil olmadığını bildirib. Pepperoni pizza

Qeyd edək ki, ötən ay Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.

Eyni zamanda, Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!