Əsir hərbçilərimizdən yeni   XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Əsir hərbçilərimizdən yeni XƏBƏR

Siyasət

16 Aprel 2023 21:51 11562


Ermənistanın ombudsmanı Anait Manasyan həbsdə olan azərbaycanlı hərbçilərlə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Məlumata görə, ombudsmanla görüşdə azərbaycanlı əsgərlər işgəncələrdən şikayət etməyiblər. Ombudsman onların saxlanma şəraiti, hüquqlarına riayət olunması ilə tanış olub. pizza hut

“İşgəncə və pis rəftar hüquqlarının müdafiəçisi ilə söhbətində həbs olunanların heç biri dövlət qurumları və məmurlar tərəfindən psixoloji təzyiqlər də daxil olmaqla, şikayətçi olmayıb. Onlar lazımi şəraitlə, xüsusilə qida, içki, gigiyena vasitələri ilə təmin olunurlar. Zəruri hallarda onlara tibbi yardım göstərilir, onlarla pulsuz ictimai müdafiəçi və tərcüməçi işləyir” - məlumatda bildirilir.

Xatırladaq ki, aprelin 10-da Ordumuzun hərbi qulluqçuları Hüseyn Əhliman oğlu Axundov və Aqşin Qabil oğlu Bəbirov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən ərazidə istiqaməti itirərək azıblar və Ermənistan tərəfə keçiblər.

Qeyd edək ki, əsgər Aqşin Bəbirov yerli sakinlər tərəfindən ilk olaraq tapılıb və yerli polisə verilib. 

Digər əsgərimiz Hüseyn Axundov isə Qafan rayonu ərazisində saxlanılıb və ermənilər tərəfindən amansız işgəncələrə məruz qalıb. Bu görüntüləri sosial şəbəkələrdə yayan ermənilər hətta əsgərimizə qarşı qeyr-insani davranışlara haqq qazandırmağa belə çalışıblar. Onlar Hüseyn Axundovu guya Ermənistan ərazisində qətl törətdiyi ilə bağlı ittiham ediblər. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!