“Eşkiya Dünyaya Hükümdar Olmaz”ın aktyoru vəfat etdi 

saytların hazırlanması

Evə çatdırılma

“Eşkiya Dünyaya Hükümdar Olmaz”ın aktyoru vəfat etdi 

Mədəniyyət

16 İyul 2025 15:50 1490


Türkiyənin tanınmış aktyoru Emre Törün 52 yaşında dünyasını dəyişib.

“Yeni Sabah” metbuat.az-a istinadla xəbər verir ki, sənətçi uzun müddət mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı.

Emre Törün 1996-cı ildə “Kara Melek” serialı ilə televiziya karyerasına başlamış və dörd mövsüm bu layihədə rol almışdı. Daha sonra “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında kəşfiyyatçı Nevzat Çankırılı, “Hudutsuz Sevda”da isə Şeref obrazı ilə tamaşaçıların böyük rəğbətini qazanmışdı. Toyuqlu pizza

Qeyd edək ki, aktyor 1972-ci ildə İstanbulda anadan olub. O, karyerası boyunca bir çox film və seriallarda yaddaqalan obrazlar canlandırıb. Emre Törün sənət aləmində peşəkarlığı və xarizması ilə seçilirdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!