“Əsl kişi ol!” Bakıda qalmaqal yaratdı -   Foto

saytların hazırlanması

Evə çatdırılma

“Əsl kişi ol!” Bakıda qalmaqal yaratdı - Foto

Maraqlı

17 Oktyabr 2025 13:49 1476


Bakının mərkəzində yerləşdirilən reklam lövhəsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, “Real Man” adlı bədən spreyi brendinə aid olan reklamda “Əsl kişi ol!  (Be a real man!) şüarı yer alıb.

Reklam lövhəsində Formula-1 trasında yarışan avtomobil təsviri və “Əsl kişi ol!” ifadəsi əks olunub. Lakin istifadə olunan mesaj bir çox istifadəçi tərəfindən “absurd” və “geridə qalmış” kimi qiymətləndirilib. pizza hut

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti hesab edir ki, bu cür çağırışlar kişi kimliyini stereotiplərlə məhdudlaşdırır və cəmiyyətə yanlış mesaj verir. Bir çoxları yazır ki, “əsl kişi” anlayışını bədən spreyi ilə əlaqələndirmək sadəcə gülüncdür və marketinqdə cinsiyyətçi yanaşmanın nümunəsidir.

Marketinq mütəxəssisləri bildirirlər ki, müasir reklam anlayışında bu tip gender-stereotipli mesajlar artıq köhnəlmiş sayılır və əks reaksiya doğura bilər.

Əsmətxanım


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!