“Əsl xanım çətinliklərə dözməlidir“   – Səkinə İsmayılova

saytların hazırlanması

Evə çatdırılma

“Əsl xanım çətinliklərə dözməlidir“ – Səkinə İsmayılova

Mədəniyyət

27 İyun 2020 12:51 934


Xalq artisti Səkinə İsmayılova həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Yenisabah.az xəbər verir ki, ATV-də efirən gedən “Zaurla Günaydın” verilişinin qonağı olan muğam ifaçısı ömür gün yoldaşını ən yaxın dostu, sirdaşı adlandırıb.

"1977-ci ildən ailəliyəm. O, mənim sirdaşım, yoldaşım, silahdaşımdır... Əgər bu dövrlərdə bir-birimizlə dil tapıb dolanmışıqsa... Demirəm, ailə həyatında hər şey su kimi axar, rahat olur. Çətinliklər olur. Əsl xanım çətinliklərə dözməlidir" - deyə, Səkinə İsmayılova bildirib. pizza sifarişi

Xalq artisti qeyd edib ki, evdə həyat yoldaşının sözü keçir: "Hər zaman deyirəm evdə kişinin sözü keçir. Əksini desəydim, 43 il bir yerdə oturmazdıq. Qohumuq, bibi oğlu dayıqızıyıq. Bu gün də o, deyəndir. Bəlkə bəzi şeyləri həmin an düz demir, emosiyası ilə qərar verir. Sakit dururam, bir müddət sonra izah edirəm ki, düz deyildi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!