“Əslində, Babək xəlifəyə yalvarıb ki, “bağışla məni”” – Skandal açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Əslində, Babək xəlifəyə yalvarıb ki, “bağışla məni”” – Skandal açıqlama

Sosial

08 Sentyabr 2021 17:59 55214


“Bir tərəfdən deyirik ki, biz müsəlmanıq, Quranımız, kitabımız, Peyğəmbərimiz var. Digər tərəfdən də deyirik ki, Babək müsəlmanlığa qarşı mübarizə aparıb, bizim milli qəhrəmanımızdır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Bumeranq TV-də söyləyib. O, Babəkin Bəzz qalasından bir addım da kənra çıxmadığını bildirib:

“Deyirlər ki, guya bütün Azərbaycan işğal olunub yalnız Bəzz qalası dağın başında qalıb, Babək də mübarizə aparıb. Babək Bəzz qalasından bir addım kənara çıxmayıb. Dominos pizza

Məşhur rus akademiki Vasili Bartold deyir ki, “İkinci dünya müharibəsi ərəfəsində Mərkəzi Komitə bizə tapşırdı ki, SSRİ xalqlarına qəhrəman obrazları vermək lazımdır ki, müharibədə vuruşsunlar”.

Həmin Bartold ilk dəfə Babək haqqında 9 səhifəlik bir məqalə yazıb ki, azərbaycanlıların tarixində belə bir adam olub. Ondan sonra Ziya Bünyadov Babək haqqında monoqrafiya yazıb. Yəni 1939-cu ilə qədər Azərbaycan xalqının Babək haqqında heç bir məlumatı olmayıb. Milli qəhrəmanı millət özü ilə yaşada-yaşada aparır.

Babək Məzdəkilərin 4-cü hərəkatının lideri olub. Bu məzhəb İslamın, Buddizmin və Atəşpərəstliyin qarışığı olan bir məzhəb olub. Burada İslam adətlərinə zidd olan bəzi məsələlər olduğuna görə xürrəmilər təqib olunublar, sonra qaçıb Bəzz qalasında gizləniblər. Başlayıblar öz ayinlərini icra etməyə.

Söhbət hansısa torpaq işğalından getmir. Bilirik ki, orta əsrlər İslamda bir neçə təriqət ləğv olunub. Zahiri təriqəti, Babilər var idi sürgün edildilər. Digər təriqətdə Babəkin Xürrəmilər təriqəti idi ki, təqib olunurdu.

Babək görür ki, təqib olunur. Gecə ilə erməni arvadını və ondan olan iki uşağını götürür gedir arvadının dayısıgilə. Yəni Səhil Sumbatın evinə. Sumbat da bilirdi ki, xəlifə Babəkin başına 2 milyon dirhəm pul qoyub. Sumbat xəlifə ilə razılaşır 2 milyon dirhəmi alır bacısını, uşaqları və Babəki xəlifəyə təhvil verir. Babəki aparırlar Samirə şəhərinə, orada xəlifəyə yalvarır ki, “Bağışla məni” xəlifə deyir ki: “Sən günahsız olan çox müsəlmanı öldürmüsən, mən səni bağışlaya bilmərəm”

Babəkin qollarını kəsirlər. Xəlifə deyir ki, “Bunun qollarının kəsilməsi azdır, çox müsəlman başı kəsib. Qolları ilə onu döyəcləyin”. Onu döyəcləyirlər. İndi bizimkilər bizimkilər yazır ki, guya Babək görür ki, rəngi saralır qanı ilə üzünü boyayır. Bu tamamilə mifikləşdirilmiş bir şeydir, uydurmadır. 

Babək milliyətcə Puştundur. Əsl adı da Babuk Hasandır. Azərbaycan sovet ensiklopediyasına daxil olun, bu adamın kim olduğuna baxın. Babəkin türklərlə heç bir əlaqəsi yoxdur”.

Mehri


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zaur
    Halal olsun. Çox doğru danışır
    5 years ago
  • AqiL Hacıyev
    Mövzuya konkret münasibət bildirmək lazımdır. Sərdar bəyin dediklərinə zidd fikriniz varsa, əsaslandırıb bildirin. Faktlarla danışın zəhmət olmasa. Yoxsa mövzudan kənar danışmaqla məsələni ört-basdır etmək yaramaz...
    5 years ago
  • Şəfi Cəbiyev
    Bu adam başını hara gəldi soxur
    5 years ago
  • Arif
    Sərdar müəllim maraqlı məqama toxundunuz. Dedikləriniz həqiqətə yaxındır. Vasili Bartold o kəsdir ki Dədə Qorqudu tapıb ortaya çıxarıb. 1918 e qədər türklərin dədə Qorqud barədə məlumatı olmayıb. Sadəcə bu adam 1930 da vəfat edib. İkinci dünya müharibəsi ərəfəsi birpinci dünya ərəfəsi ilə yəqin qarisidirilib. Azərbaycan adının ölkəmizə verilməsində də müəllif olaraq Bartold göstərilir. Adamın dediklərində həqiqətlər coxdur. O kişi əgər bunu deyibsə demək Sərdar müəllimin dediyində də həqiqət olması mumkundur
    5 years ago
  • İqor
    Öz tarixinə hörmət etməyən millətlər məhvə məhkumdur. Babəki ərəbin ayağına verib özünü ağıllı göstərməkdənsə, gənc nəslə qəhrəmanlıq nümunəsi kimi göstərmək lazımdır. Yoxsa, bir 100 il sonra da başqa bir özünü bilməyən çıxar deyər ki, Mübariz İbrahimov Türk olmayıb, türklərlə əlaqəsi yoxdur. Amma biz bu gün bilirik ki, bütün qəhrəmanlarımız, Vahid Azərbaycan xalqının qəhrəmanlarıdır. Babək də bizim əziz qəhrəmanımızdır.
    5 years ago
  • İqor
    Öz tarixinə hörmət etməyən millətlər məhvə məhkumdur. Babəki ərəbin ayağına verib özünü ağıllı göstərməkdənsə, gənc nəslə qəhrəmanlıq nümunəsi kimi göstərmək lazımdır. Yoxsa, bir 100 il sonra da başqa bir özünü bilməyən çıxar deyər ki, Mübariz İbrahimov Türk olmayıb, türklərlə əlaqəsi yoxdur. Amma biz bu gün bilirik ki, bütün qəhrəmanlarımız, Vahid Azərbaycan xalqının qəhrəmanlarıdır. Babək də bizim əziz qəhrəmanımızdır.
    5 years ago
  • ilkin Huseynov
    Əslində həqiqətləri çatdırır.Bizim günümüzdə eləcə də tarix boyu saysız qəhrəmanlarımız olub və bundan sonra da olacaq.Babəkin gəldiyi soy belə naməlumdur.Etdikləri isə göz qabağında.Onun mübarizəsi vətən ugrunda olmayıb əsla.Öz batil təriqətinin davam etməsi üçün olub.Əgər haqq yolunda döyüşsəydi təriqəti günümüzə qədər gəlib çatardı.
    5 years ago
  • Hacı
    Sərdar bəy,gedin öz siyasəti,üzvləri,ardıcılları olmayan partiyanızla məşğul olun.Tarix sizlik deyil!!!
    5 years ago
  • Orxan
    Sizin düşunmə qabiliyyətinizə və Abbasilərin xilafətini Islamdan saymanıza heyran qaldım. Heyif auditoriyadan.
    5 years ago
  • Rəhim
    Salam,əgər bir partiya lideri oz qəhramanı haqqında məlumatları sovet dövründə yazılmış ensiklopediyadan götürüb xalqa sırımağa çalışırsa o zaman sizin bizim xalqa münasibətiniz heçdə Jirnoviskinin münasibətindən fərqli deyil!
    5 years ago
    • Zaur
      Zaur
      İş ondadır ki siz alternativ mənbə təqdim etməkdə çətinlik çəkəcəysiz
      5 years ago  Like (0)