Eşşək ətinə möhtac qalanlar...

Eşşək ətinə möhtac qalanlar...

Yazar Veb saytların hazırlanması

16 Noyabr 2020 14:14 2179


Doğulduğum rayonda bircə erməni də yaşamayıb. Mən bu millətin nümayəndələri ilə ilk dəfə beş-altı il əvvəl Gürcüstanda qarşılaşmışam. Yaltaq simaları hələ də gözümün qabağından getmir...

Cəbrayılda olmasa da, Hadrutda, Dağlıq Qarabağda ermənilər yaşayıb. Sovet dövründə azərbaycanlılarla ermənilərin arasında get-gəl olub. Köhnə kişilər erməni konyakını çox tərifləyirdilər. Eşitdiyimə görə, Dağlıq Qarabağ erməniləri bu bölgədə yaşayan azərbaycanlılardan yaxşı dolanıblar. Məsul vəzifələrin çoxu onların əlində olub. Üstəlik, barlı-bəhərli torpaqlara sahibləniblər. Pulları olduğu üçün gün-güzəranları, dolanışıqları da yaxşı olub.

Bəs indi vəziyyət necədir? Biz sosial şəbəkələrdə dolaşan videogörüntülər vasitəsiylə nəyi müşahidə edirik? Azərbaycanlılarla bir yerdə yaşayanda yağ-bal içində üzən ermənilər əvvəlki kimi xoşbəxtdirlərmi?

Bu sualların cavabı çoxumuza aydındır. Biz o torpaqları tərk edəndən sonra ermənilər Qarabağda heç bir abadlıq işi aparmayıblar. Əksinə, yerli infrastrukturu dağıdıb, heyvan kimi ömür sürüblər. Erməni postlarının vəziyyəti hamımıza məlumdur. Erməni əsgərlərinin vaxtilə durduğu postlarda it də dayanmazdı. Bölgədə əhalinin maddi vəziyyəti çox ağır olub. Uçuq-sökük daxmalarda 30 ilə yaxın yarıac, yarıtox yaşayıblar...

Kəlbəcərdən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə trendə çevrilib. Bu rayonda qanunsuz məskunlaşan ermənilər köçəndə evlərindəki köhnə unitazları da özləriylə aparırlar. Maşınlara yüklənən avadanlığın içərisində dəyəri 1 manat olan məişət əşyası da var. Varlı xalqın nümayəndəsi telekameraların qarşısında unitazı doğma atası kimi bağrına basıb, bu qədər alçalarmı?

Bu səhər sosial şəbəkələrdə qarşıma daha bir videogörüntü çıxdı. Kəlbəcərdə boşaıldılan evlərin birinin həyətində eşşək başı vardı. Sən demə, ermənilər tövlədəki eşşəyi kəsib, onun cəmdəyini də özləri ilə aparıblar...

Nankorluğun, satqınlığın cəzası həmişə ağır olur. Başqasının torpağına göz dikəndə, bir gün eşşək ətinə möhtac qalacağınızı bilmirdinizmi?

Azərbaycanlıların hesabına yaşadığınız xoşbəxt günlərin xiffətini hələ çox çəkəcəksiniz...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!