"Səbail"in futbolçusu Maykl Essyen mövsümün sonunda Afrikaya gedəcək.
"Yeni Sabah" xəbər verir ki, Qana millisinin sabiq üzvü Afrika yığmasına dəvət olunub.
37 yaşlı yarımmüdafiəçi Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan oyunda iştirak edəcək. Görüş mayın 18-də keçiriləcək. Sezar pizza
Essyenin yer aldığı Afrika yığmasında Didye Droqba, Corc Vea, Samuel Eto kimi ulduz futbolçular da olacaq. Onların rəqibi isə Nigeriya millisinin sabiq futbolçuları olacaq.
Telegram kanalımız