Estetik cərrah və anestezioloqun məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Estetik cərrah və anestezioloqun məhkəməsi başladı

Kriminal

30 Yanvar 2026 17:12 542


Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah edilib.

Məhkəmə işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib. Məhkəmənin baxış iclası 13 fevrala təyin edilib. Toyuqlu pizza

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!