“Etibar Əliyevə cavabım daha sərt olacaq” – Qarşıdurma

saytların hazırlanması

Evə çatdırılma

“Etibar Əliyevə cavabım daha sərt olacaq” – Qarşıdurma

Siyasət

11 Fevral 2022 11:39 2339


Xəbər verdiyimiz kimi, Milli Məclisin daha bir deputatı jurnalisti təhqir edib. Belə ki, deputat Etibar Əliyev “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində ağır ifadələr işlədib. O, həmçinin “Xural TV”ni tövlə də adlandırıb.

Məsələ ilə bağlı Yenisabah.az-ın əməkdaşı jurnalist Əvəz Zeynallı ilə əlaqə saxlayıb. O, haqqında deyilən bu fikirlərə sərt cavab verib:

“Mən ona tək bir kəlmə ilə demişəm, çox cavablarım olub, təbii ki, bu gün də “Xural TV”də olacaq. Amma yüz minlərlə auditoriyası olan və milyonlarla xitab edən bir televiziyaya tövlə deyən adamın doğulub böyüdüyü məkanın özü tövlədir ki, o, belə deyir. pizza sifarişi

Onun evi tövlədir ki, o, həmin yüz minlərin ailəsinə və ailə bildiyi bir məkana tövlə deyir. Onun cavabı daha sərt olacaq və davam edəcəyik, İnşallah”, - deyə Ə. Zeynallı bildirib.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Hörmətli ƏVƏZ BƏY ETİBARSIZLARIN SAYI ÇOX AZDIR. XALQIMIZ SİZİ DAHA ÇOX DƏSTƏKLƏYİR NƏİNKİ " deputatları" ALLAH SİZİ QORUSUN.
    4 years ago