Etibarnamə ilə maşın alanların DİQQƏTİNƏ

saytların hazırlanması

Evə çatdırılma

Etibarnamə ilə maşın alanların DİQQƏTİNƏ

Sosial

21 May 2025 01:55 5313


Etibarnamə ilə aldığı avtomobil üzərində həbs olduğu üçün cərimə meydançasına qoyulub. Avtomobili çıxarmaq üçün getdikdə isə məlum olub ki, əvvəlki sahibi onu aparıb. İndi nə maşını ala bilir, nə də pulunu.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda yaşayan Vüqar Fərzəliyevin başına gəlib.

O iddia edir ki, sosial şəbəkədə elanda gördüyü 2007-ci il buraxılışlı "Hyundai" markalı avtomobili 13 min manata alıb. pizza hut

Baş etibarnamə ilə avtomobilə sahibləndikdən sonra isə mobil telefonuna məhkəmə qərarı ilə həmin nəqliyyat vasitəsinə həbs qoyulması ilə bağlı bildiriş gəlib. İndi onun nə avtomobili var, nə də ödədiyi pul geri qaytarılır.

Bundan sonra avtomobilin mülkiyyətçisi Kənan Cavadov Vüqar Fərzəliyə nəqliyyat vasitəsini yol polisinə aparmağı məsləhət görüb. Vüqar Fərzəliyev iddia edir ki, o Kənanın cərimələrini ödədikdən sonra avtomobili Yasamal rayonundakı cərimə meydançasından çıxarmağa gedib. Orada isə maşını tapa bilməyib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!