Ətin yerini verən tərəvəz - Həm torpağı, həm də bədəni qidalandırır

saytların hazırlanması

Evə çatdırılma

Ətin yerini verən tərəvəz - Həm torpağı, həm də bədəni qidalandırır

Sağlamlıq

13 Noyabr 2025 00:20 20693


Lobya insan sağlamlığı üçün həm qida, həm də enerji baxımından son dərəcə dəyərli bitkidir. Bu tərəvəz ilk dəfə Mərkəzi və Cənubi Amerikada yetişdirilib. 

"Yeni Sabah" xəbər verir ki, lobya zülalla zəngin olduğu üçün xüsusilə ət yeməyən insanlar üçün əvəzolunmaz qida hesab olunur.

Mütəxəssislərin fikrincə, lobyanın tərkibindəki maqnezium, kalium və lif ürək-damar sisteminə müsbət təsir göstərir, qan təzyiqini tənzimləyir və xolesterini aşağı salır. Yavaş həzm olunan karbohidratlara malik olduğundan, diabet xəstələri üçün də tövsiyə edilir. pizza mizza

Pəhriz saxlayan insanlar üçün lobya xüsusi əhəmiyyət daşıyır, çünki onun tərkibindəki lif uzun müddət toxluq hissi yaradır. Bundan əlavə, tərkibindəki kalsium, fosfor və maqnezium sümüklərin möhkəmlənməsinə, dəmir və sink isə dərinin və saçların sağlam qalmasına kömək edir.

Kənd təsərrüfatı baxımından da lobya əvəzsizdir. Bu bitki torpaqda azot toplayaraq onun münbitliyini artırır və digər bitkilərin sağlam yetişməsinə şərait yaradır. Rənglərinə görə də lobyanın faydası dəyişir: qırmızı lobya antioksidantlarla zəngin, ağ lobya isə lif və maqnezium baxımından daha üstündür.

Tərkibi, faydası və ekoloji əhəmiyyəti ilə lobya həm qida, həm də təbiət üçün ən dəyərli nemətlərdən biri sayılır.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Yaşar
    Əla , göy göyərtini millətə yedirin, siz və məmurlar quzu kababı yesin. Yaxşı dolamısız bu milləti
    6 months ago