Etirazçılar Gürcüstan hakimiyyətinə 3 saat vaxt verdi

saytların hazırlanması

Evə çatdırılma

Etirazçılar Gürcüstan hakimiyyətinə 3 saat vaxt verdi

Dünya

21 İyun 2019 18:47 1054


Gürcüstan parlamentinin deputatları və parlament aparatının əməkdaşları qanunverici orqanın binasını tərk ediblər.

Bu barədə deputatlara və əməkdaşlara Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilmişdi.

Parlamentdəki jurnalistlər də binadan çıxarılıb. Sezar pizza

Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası yenidən başlayıb. İştirakçılar daxili işlər naziri Georqi Qaxariyanın istefasını tələb edirlər.

Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər. Paytaxtın Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Parlament yaxınlığına çox sayda polis cəlb olunub.

Publika.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!