ETSN-dən Qubada ayı hücumu ilə bağlı   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

ETSN-dən Qubada ayı hücumu ilə bağlı - Açıqlama

Maraqlı

06 Sentyabr 2019 18:01 1427


Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

Nazirlikdən “Yeni Sabah”a daxil olan məlumata görə, ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

Xatırladaq ki, sakinlər bildiriblər ki, 2 aydan artıqqdır ayılar sahibsiz mal-qaraya hücum edir, təsərrüfata ziyan vurur. Bu günə qədər ümumilikdə 8 iribuynuzlu heyvana hücum edən ayılar onların 6-nı öldürüb, ikisini isə yaralayıb.  pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!