“Ettelaat” terrorçunun adını açıqladı – İkinci bəyanat

saytların hazırlanması

Evə çatdırılma

“Ettelaat” terrorçunun adını açıqladı – İkinci bəyanat

Dünya

11 Yanvar 2024 12:56 231


İranın İnformasiya (Kəşfiyyat - "Ettelaat") Nazirliyi Kirmanda törədilmiş  terror aktı ilə bağlı ikinci bəyanatını yayıb.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, nazirlik terror əməliyyatlarının bir sıra rəhbərləri və planlaşdırıcılarının təqibinin xaricdə davam etdiyini çatdırıb.

İlkin təhqiqata əsasən, cinayətin əsasa iştirakçısı terrorçu Abdullah Taciki İrana bir qadın və uşaqla birlikdə qanunsuz yolla daxil olub. Pepperoni pizza

İntiharçı terrorçulardan birinin şəxsiyyəti tam müəyyən edilib. O, Tacikistan vətəndaşı olan 24 yaşlı Buzrov İsraili Amanullah oğludur Sözügedən şəxs "Telegram" platforması vasitəsilə İŞİD-ə qoşulub. Ötən aylarda Türkiyənin Van şəhərinə gedən bu kamikadze bundan sonra ölkənin qərb və şərq sərhədlərində yerləşən qaçaqmalçıların köməkliyi ilə İrandan keçərək Əfqanıstana gedib. Orada İŞİD terror qruplaşmasının Bədəxşan vilayətindəki düşərgəsində təlim keçib.

Terror aktını törətmiş ikinci terrorçunun şəxsiyyəti hələ tam aydınlaşmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!