ETX teatr və sərgilər adından saxta bilet satışı ilə bağlı xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

ETX teatr və sərgilər adından saxta bilet satışı ilə bağlı xəbərdarlıq etdi

Rəqəmsal

09 Avqust 2024 19:41 3557


Son günlərdə kiberdələduzlar tərəfindən vətəndaşlara qarşı ölkədə fəaliyyət göstərən müxtəlif teatr və sərgilər adından saxta bilet satışı şəklində dələduzluq həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Məlumata görə, kiberdələduzlar sosial şəbəkə platformaları vasitəsilə “azdrama.online” adlı saxta veb-sayt adından saxta bilet satışı həyata keçirirlər. pizza mizza

Veb-sayta daxil olduqdan sonra vətəndaşlar bank kartı və digər fərdi məlumatların ələ keçirilməsi məqsədilə “3dsguard.online/payment/main” ünvanına yönləndirilirlər.

ETX vətəndaşlara rəsmi olmayan veb-saytlara etimad etməməyi, bank və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyi, həmçinin hər hansı məhsul və ya xidmətləri alarkən rəsmi satış həyata keçirən mənbələrə müraciət etməyi tövsiyə edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!