Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb, açıq alov məmbələri yoxdur.
FHN-dən Yenisabah.az-a verilən məlumata görə, hazırda yanğın yerində soyutma və tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv materialların sökülməsi işləri davam etdirilir.
Əlavə məlumat veriləcək. Toyuqlu pizza
***
Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini general-leytenant Etibar Mirzəyev Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğının baş verdiyi əraziyə gəlib.
Yenisabah.az xəbər verir ki, Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Xəbər verildiyi kimi, 11 may 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
***
“EuroHome” tikinti materialları bazarı yanır.
Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək. Toyuqlu pizza
Telegram kanalımız