“Eurovision 2019“ mahnı müsabiqəsi başladı

saytların hazırlanması

Evə çatdırılma

“Eurovision 2019“ mahnı müsabiqəsi başladı

Şou

13 May 2019 07:46 1159


İsrailin paytaxtı Tel-Əvivdə, Qabim teatrında “Eurovision - 2019” beynəlxalq mahnı müsabiqəsinin 41 milli nümayəndə heyətinin iştirakı ilə rəsmi açılış mərasimi baş tutub.

"Yeni Sabah" xəbər verir ki, müsabiqə ənənəvi olaraq “narıncı xalı” mərasimi başlayıb.

Qeyd edilir ki, "Eurovision kəndi" Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb. Marqarita pizza

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Qeyd edək ki, ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!