May ayında İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək “Eurovision - 2019” mahnı müsabiqəsinə bilet satışı dayandırılıb.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb satışda dələduzluq şübhələrinin olmasıdır. Belə ki, müsabiqənin keçiriləcəyi zalda yüzlərlə yaxşı yerin yerli tanınmış şəxslər arasında bölüşdürülməsinə dair şübhələr yaranıb.
İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan da polisə “Eurovison” müsabiqəsinin biletlərinin satışında fırıldaqçılığın qarşısının alınması barədə göstəriş verib. Araşdırmalar zamanı qayda pozuntuları aşkarlanarsa, biletləri açıq satışa qaytaracaq. Dominos pizza
Telegram kanalımız