“Eurovision“da Azərbaycanın səslərini kim elan edəcək?

saytların hazırlanması

Evə çatdırılma

“Eurovision“da Azərbaycanın səslərini kim elan edəcək?

Şou

01 May 2019 06:52 892


İctimai Televiziya və Radio Yayımları Şirkəti  Təl-Əvivdə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri Xalq artisti Faiq Ağayev elan edəcək.

Ağayev yarışmanın qaydalarına əsasən final gecəsi iştirakçıların taleyini həll edəcək balları İTV-nin canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. pizza hut

Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Ç.Mustafayev ikinci yarımfinalda  “Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

Şüarı “Arzulamağa cürət et”  (Dare to Dream) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə müğənni-bəstəkar Murad Arif olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!