Bir neçə gün öncə İsraildə baş tutan "Eurovision-2019"un nəticələrində dəyişiklik edilib.
"Yeni Sabah" xəbər verir ki, müsabiqədə verilən səslər yenidən hesablanıb. Avropa Yayım İttifaqının məlumatına görə, səslərdə yaranan fərqdə insan səhvi amili olub. Yenidən sayım nəticəsində ilk sıralarda olanlar, o cümlədən qalibin adı dəyişməyib. Ancaq bəzi ölkələrin tutduğu yerlərdə dəyişiklik olub. Yeni səslərə əsasən Azərbaycan 1 pillə geriləyib və 302 xal ilə 8-ci yerdə qərarlaşıb. Makedoniya isə 7-ci pilləyə qalxıb. Belarus isə Almaniyanı qabaqlayıb.
Yenilənmiş nəticələrdə ilk üçlük yerini dəyişməyib: pizza
Hollandiya (498 xal əlavə 6 bal)
İtaliya (472 xal əlavə 7 bal)
Rusiya (370 xal əlavə 1 bal)
Telegram kanalımız