Eurovisionun aparıcısı Rafaeli olacaq

saytların hazırlanması

Evə çatdırılma

Eurovisionun aparıcısı Rafaeli olacaq

Şou

28 Yanvar 2019 01:58 1305


Bu ilin mayında İsraildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin aparıcıları supermodel Bar Rafaeli və şoumen Erez Tal olacaq.

The Times of Israel qəzetinin yaydığı məlumata görə, onların namizədliyi Avropa Yayım İttifaqından keçib və təsdiqlənib. “Pul vəsaitlərinin yuyulmasına və vergilərdən yayınmaya görə mümkün ittiham irəli sürülməsinə baxmayaraq, supermodel müsabiqəni aparacaq”, - qəzet belə yazır. Rafaeli və Tal mahnı müsabiqəsinin əsas aparıcıları olacaqlar.

Üç il əvvəl Bar Rafaeli ona dünyanın aparıcı dizaynerləri tərəfindən hədiyyə olunmuş geyim və aksessuar əşyalarını müvafiq vergi ödəmədən sistematik satdığına görə bir neçə dəfə İsrail vergi idarəsində dindirilmişdi. Bundan başqa, Rafaeli 2015-ci ildə vergidən 260 min dollar yayındırmaqda şübhəli bilinərək saxlanılmış və 200 min dollar maliyyə zəmanəti ilə azadlığa buraxılmışdı. pizza mizza

Top-model ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Azərtac.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!