Evdə hazırlanan turşular bu ölümcül xəstəliyin düşmənidir

saytların hazırlanması

Evə çatdırılma

Evdə hazırlanan turşular bu ölümcül xəstəliyin düşmənidir

Sağlamlıq

22 Noyabr 2024 17:26 2101


Evdə turşu hazırlamaq onun ləzzətini ikiqat artırır.  Mütəxəssislər bildirir ki, Evdə hazırlanmış turşuların sağlamlığa bir çox faydası var. Belə qidaların həzm sisteminə ən əhəmiyyətli təsiri, tərkibində çox miqdarda lif ehtiva etdiyi üçün qəbizliyi önləmə qabiliyyətidir.

Yenisabah.az evdə hazırlanan turşuların faydalarını təqdim edir:

Ürəyi qoruyur: Turşuların tərkibində olan faydalı bakteriyalar qan dövranını tənzimləyir. Qan təzyiqini tarazlayan turşu növləri də ürək xəstəlikləri riskini minimuma endirir. Toyuqlu pizza

Xərçəngin qarşısını alır: Turşuların hazırlanmasında antioksidant meyvə və tərəvəzlərdən istifadə edildiyi üçün bu qidalar həm də sərbəst radikallar dediyimiz xərçəngə səbəb olan zərərli molekulların əmələ gəlməsini azaldır.

Təbii ağrı kəsicidir: Bədəndə su itkisini aradan qaldıran turşular idmançılarda əzələ və sümük ağrılarını aradan qaldıran xüsusiyyətə malikdir.

İmmuniteti gücləndirir: Turşular, xüsusilə qırmızı çuğundur kimi tünd rəngli qidalar, tərkibindəki polifenollar sayəsində orqanizmi sağlam saxlamaq üçün qoruyucu təsir göstərir. Tərkibində probiotik bakteriyalar olan turşu suyu həzm sistemini tarazlaşdırmağa kömək edə və bu bakteriyalarla immunitet sistemini dəstəkləyə bilər.

Qan şəkərini tənzimləyir: Qəfil aclıq və başgicəllənməyə qarşı bir-iki dilimlə ilə qan şəkərini tarazlaşdırmaq mümkündür. Məsələn, duzlu xiyar sizi tox tutacaq, şokolad kimi qəlyanaltıları əvəz edəcək və qan şəkərini balanslaşdıracaq.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!