Evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı

Kriminal

28 Sentyabr 2019 10:31 1164


Ağcabədi rayonunda qız anasını bıçaqlayıb.

"Yeni Sabah" bildirir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərova Şölə Muxtar qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Sezar pizza

Xəsarət alan şəxs əvvəlcə yaşadığı evin həyətində yıxılaraq qarnına "şifer" batdığını bildirib.

Hadisədən bir-neçə saat sonra Ş.Cəfərovanın qızı, 1996-cı il təvəllüdlü Cəfərova Gülşən Valeh qızı könüllü olaraq Ağcabədi rayon Polis Şöbəsinə gələrək anasını bıçaqladığını etiraf edib.

İlkin araşdırma zamanı məlum olub ki, G.Cəfərova yaşadığı evdən çıxıb getmək istədiyini bildirib. Anası Ş.Cəfərova isə onun bu hərəkətinə narazılıq edərkən ana və bala arasında mübahisə yaranıb. Mübahisə nəticəsində G.Cəfərova mətbəxdən götürdüyü bıçaqla anasına qarın nayihəsindən bir bıçaq zərbəsi endirib.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

/Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!