Bakıda evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan, 1957-ci il təvəllüdlü Allahverdiyeva Şahnaz Allahverdi qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Telegram kanalımız