Evində timsah balası saxlayan şəxs tutuldu - FOTOLAR 

saytların hazırlanması

Evə çatdırılma

Evində timsah balası saxlayan şəxs tutuldu - FOTOLAR 

Maraqlı

24 Oktyabr 2023 17:54 6945


İstanbulda timsah alveri ilə məşğul olan şəxs saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, İstanbul Təhlükəsizlik İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Müdirliyinin əməkdaşları evdə timsah saxlandığı və internet üzərindən ticarət edildiyinə dair xəbər alıb. Qruplar hərəkətə keçəndə məlum olub ki, Ataşehirdə yaşayan şübhəli şəxs qanunsuz yolla ölkəyə gətirdiyi timsah balalarını evində bəsləyir. 

Həmin şəxsi təqib edən qruplar onun yaşadığı ünvanda əməliyyat keçirib. pizza hut

Əməliyyat zamanı evdən 3 Nil timsahının balası tapılıb.

Nəsli kəsilməkdə olan növlərin ticarətini qadağan edən müqaviləyə daxil olan və ev şəraitində bəslənməsi qadağan edilən timsahlar müsadirə edilərkən, heyvanları bəsləyən şübhəli şəxs barəsində istintaq başladılıb. 

Körpə Nil timsahları baytar nəzarətindən sonra Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə təhvil verilib. 

Nəzrin Musayeva 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!