Evlənmək istəyən qızlara gözaydınlığı:   Bu da çıxdı... + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Evlənmək istəyən qızlara gözaydınlığı: Bu da çıxdı... + VİDEO

Maraqlı

26 Noyabr 2024 17:41 3117


Rəsm dəftəri, xatirə dəftəri, indi isə cehiz dəftəri. Bəli, düz oxudunuz. Azərbaycanda cehiz dəftəri satışa çıxarılıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə “Cehiz dəftəri” adlı məhsul satışa çıxarılıb. Sözügedən dəftərdə cehizlik üçün lazım olan əşyalar sadalanıb və qarşısına xana qoyulub. Cehiz üçün lazımi əşyalar tamamlandıqca xanalar işarələnir və beləliklə, bütün cehizlik malların siyahısı tamamlanır. Dəftər 75 səhifədən ibarətdir, toy hazırlığına dair hər bir məlumat qeyd olunub. 

Dəftərin önündə yazılan başlıq da maraqlıdır: “Deyirlər ki, toy olacaq”.  Toyuqlu pizza

Qeyd edək ki, həmin qeyd dəftəri sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!