Evləri yanan məcburi köçkünlərə yeni mənzillər veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Evləri yanan məcburi köçkünlərə yeni mənzillər veriləcək

Sosial

20 Fevral 2019 21:30 997


Xəbər verdiyimiz kimi bu gün səhər Bakı şəhərinin Sabunçu rayonunda, Zabrat qəsəbəsi ərazisində beş  məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib. 

“Yeni Sabah” xəbər verir ki, yanğın barədə məlumat alandan dərhal sonra Dövlət Komitəsinin məsul əməkdaşları hadisə yerində olublar. Yanğın nəticəsində müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar. 

Hazırda yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırılır. Yanğının tikilidəki boş otaqlardan birində başlanması müəyyən şübhələrə əsas verir. Yalnız obyektiv araşdırmadan sonra, FHN-nin rəyi əsasında hadisəyə hüquqi qiymət veriləcək. pizza sifarişi

FHN-nin məlumatına görə, ümumi sahəsi 1140 kvadratmetr olan, arakəsmələri taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Dövlət Komitəsi yanğından zərər çəkən ailələrə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Ümid” qəsəbəsində yeni mənzillər təklif edəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!