Əvvəl 14 yaşında doğurdular indi isə... – Qadınlar buna görə ana olmaq istəmir?   – AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Əvvəl 14 yaşında doğurdular indi isə... – Qadınlar buna görə ana olmaq istəmir? – AÇIQLANDI

Sağlamlıq

15 May 2025 16:47 4295


Əvvəllər doğum həyatın adi bir axını kimi qəbul olunurdu, bu gün isə getdikcə daha çox qorxu, tərəddüd və sualla müşayiət olunur. Gənc yaşda belə qadınlar təbii doğuşdan uzaq durur, ağrının və riskin yerinə əməliyyatı seçirlər. Amma doğrudanmı texnologiyanın və rahatlığın verdiyi seçimlər bizi sağlamlıqdan uzaqlaşdırır? Bəlkə də bədən deyil, düşüncə dəyişib…

Bu dəyişimin səbəbi nədir?

Həkim, ginekoloq Arzu Məhərəmmova məsələnin səbəblərini “Yeni Sabah”a açıqlamasında sadalayıb: pizza hut

“Son zamanlar qadınlar sərbəst şəkildə uşaq dünyaya gətirə bilmirlər. Keçmişdə 13,14,15 yaşında evlənənlər belə rahat doğuş həyata keçirirdi. Mən bunu onları dəstəklədiyim üçün demirəm. Lakin indi normal inkişaf etmiş 24,25-26 yaşda xanımlar belə təbii yolla uşaq dünyaya gətirə bilmirlər. Bu da qeysəriyyə kəsiyi ilə nəticələnir. Hətta sağlam qadın belə doğuş zamanı dünyasını dəyişə bilər”. 

Həkim qeyd edib ki, keçmişdə qadınlarımız fiziki hərəkətlə çox məşğul olurdular:

“Oturaq həyat demək olar ki, yox idi. Sosial şəbəkələrdə vaxt keçirdib bu qədər şüa qəbul etmirdilər. Qarın əzələləri çox yaxşı inkişaf etdiyi üçün rahat formada uşaq dünyaya gətirirdilər. Həm uşaq, həm də ana sağlam olurdu və ölüm halı qeydə alınmırdı.

Bizə müraciət edən xanımlar hətta hamiləliyin ilkin dövrlərindən plan qururlar ki, qeysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirmək istəyirlər. Sual verəndə ki, buna heç bir göstəriş olmadığı, tam sağlam halda niyə bunu seçirsiniz, bildirirlər ki, ağrı çəkmək istəmədikləri üçün bu üsulu seçirlər, üstəlik inanırlar ki, belə uşaq daha sağlam olur. Beyinlərində bu qənaətə gəlirlər ki, təbii yol ilə doğulanda uşaq travma alır”.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!