Əvvəl restoranlar, sonra məktəblər açılacaq   – Karantindən çıxma planı

saytların hazırlanması

Evə çatdırılma

Əvvəl restoranlar, sonra məktəblər açılacaq – Karantindən çıxma planı

Maraqlı

11 May 2020 14:12 900


Yeni Zelandiyada koronavirusla mübarizə çərçivəsində tətbiq olunan qadağaların yumşaldılması ilə bağlı təqvimi açıqlayan Baş nazir Casinda Ardern vətəndaşlarına xəbərdarlıq etməyi də unutmayıb. 

Yenisabah.az xəbər verir ki, Baş nazir ilk əvvəl qadağaların mərhələli şəkildə aradan qaldırılacağını deyib. Açıqlamaya əsasən,birinci mərhələ mayın 14-ü tətbiq olunacaq. Bu zaman kafe, kinoteatr, ticarət mərkəzi və restoranlar açılacaq. Həmçinin 10 nəfər bir yerə toplaşa biləcək və ölkədaxili səyahətlər mümkün olacaq. İkinci mərhələ 18 mayda həyata keçiriləcək. Həmin tarixdən artıq məktəblər açılacaq. Son mərhələdə , yəni mayın 21-də isə əyləncə məkanları-gecə klubları və barlar açılacaq. Bildirək ki, Baş nazir məhdudiyyətlərin azaldılmasına baxmayaraq, vətəndaşlardan tədbiri əldən verməməyi tələb edib: "Döyüşü qazanmış ola bilərik, amma bütövlükdə müharibəni qazanmamışıq". 

Qeyd edək ki Yeni Zelandiyada bugünədək 1479 nəfər virusa yoluxub,21 nəfər isə virus səbəbilə ölüb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!