“Əvvəllər hamı prokuror olmaq üçün can atırdı” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Əvvəllər hamı prokuror olmaq üçün can atırdı” - Deputat

Sosial

19 Avqust 2024 17:51 500


Xəbər verdiyimiz kimi, bu gün tələbə olmaq istəyənlər üçün ixtisas seçiminin son günüdür. Prosesin başa çatmasına saatlar qalıb. 

Aktual olan məsələ ilə bağlı deputat Ceyhun Məmmədov “Yeni Sabah”a danışıb və gənclərə bir sıra tövsiyələr verib: 

“Hesab edirəm ki, insan həyatının ən çətin dövrlərindən biri də universitet dövrüdür. Ona görə də ixtisas seçimində həm valideynlər, həm də gənclər çox diqqətli olmalıdır. Gənclər özlərini hansı ixtisasda görürlərsə, onu da seçməlidirlər. Əgər insan özünü seçmək istədiyi ixtisasda görmürsə, bu seçimi etməsin və sözügedən ixtisasa yönəlməsin. Düşünürəm ki, bu çox önəmli bir məsələdir”.  pizza sifarişi

Deputat qeyd edib ki, gənclərin ixtisas seçərkən, daha çox yeni və texniki sahələrə üstünlük verməsi tövsiyə olunandır:

“Əvvəllər hər kəs prokuror, hüquqşünas, hakim olmaq üçün can atırdı. Ancaq hesab edirəm ki, indi reallıq çox fərqlidir, trendlər dəyişib. Ona görə də gənclərimiz mövcud reallığı nəzərə almalıdırlar. Həmçinin, seçdikləri ixtisasda hansı sahəyə istiqamətlənirlərsə, uğur qazanıb inkişaf etmək üçün çox çalışmalı olduqlarının fərqinə varmalıdırlar. Təcrübə göstərir ki, universitet həyatı gənclərin seçdikləri ixtisas üzrə formalaşmasına 50 faizdən artıq töhvə verə bilmir. Digər 50 faizi müxtəlif kurs və təlimlərə, əlavə məşğuliyyətlərə qatılmaqla qazana bilərlər. Gənclərimiz bu məqamlara çox həssas yanaşmalıdırlar. Başqa bir tövsiyəmiz isə odur ki, dil biliklərini zənginləşdirib, informasiya texnologiyalarını yaxşı qavrasınlar. Dil biliyi və informasiya texnologiyaları gənclərin formalaşması üçün olduqca önəmli bir məsələdir”.  

C.Məmmədov valideynlərə də çağırış edib:

“Valideynlərə etdiyimiz tövsiyə budur ki, övladlarına ixtisas seçimində məsləhət versələr də, nəyəsə məcbur etməsinlər. Təəssüf ki, bu gün Azərbaycan reallığında gördüyümüz odur ki, hansısa bir valideynin arzusu həkim yaxud müəllim olmaq imiş. Bu reallaşmayıb deyə, indi övladını məcbur edir ki, mən ola bilmədim amma sən bu sahə üzrə irəliləməlisən. Gəncin isə həmin sahəyə heç bir maraq və həvəsi olmur. Bu məqam da mütləq və ciddi şəkildə nəzərə alınmalıdır. Əlbəttə, valideynin rolu bu məsələdə böyükdür. Qürurvericidir ki, Azərbaycanın hər ailəsi övladının təhsil alması üçün səylə çalışır. Bu çox təqdirəlayiq və yüksək formada qiymətləndirilməli təşəbbüsdür. Övladlarımıza bu məsələdə həssas yanaşmalı və doğru istiqamət verib yönləndirməliyik. Beləliklə, qarşıya qoyulan hədəf və məqsədlərə nail olmaq daha da asanlaşır. Gənclər bizim gələcəyimizdir. Biz onların doğru ixtisas seçimi üçün, doğru formalaşması üçün çalışmalıyıq. Verilən istiqamət birmənalı olaraq dəqiq olmalıdır. İşimizi bu yolda qurmalıyıq ki, Azərbaycanın inkişafı üçün çalışan, güclənməsi üçün səy göstərən gənclik yetişdirək. Bu həssas məqamları həm gənclərimiz, həm də onların valideynləri nəzərə almalıdır. Qələbə qazanmaq, güclü olmaq və uğur qazanmaq üçün bütün bunlar çox önəmlidir”. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!