Əyyub Quliyevə vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Əyyub Quliyevə vəzifə verildi

Mədəniyyət

29 Noyabr 2025 09:32 886


Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə dirijor təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Kamera Orkestri məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə Əməkdar artist, dirijor Əyyub Quliyev təyinat alıb. pizza sifarişi

Xatırladaq ki, Əyyub Quliyev 1984-cü ildə anadan olub. O, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor Dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijorudur. 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

Əyyub Quliyev mərhum Xalq artisti, tarzən Ramiz Quliyevin oğludur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!