Eyyub Yaqubov tanınmaz halda - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Eyyub Yaqubov tanınmaz halda - VİDEO

Mədəniyyət

22 Fevral 2026 13:34 2884


Xalq artisti Eyyub Yaqubovun gənclik illərinə aid arxiv videosu sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub.

“Yeni Sabah” milli.az-a istinadla xəbər verir ki, 1991-ci ilə aid olduğu bildirilən kadrlarda sənətçi pianoda ifa edərək canlı mahnı səsləndirir.

Görüntülərdə Eyyub Yaqubovun həm ifa tərzi, həm də səhnə davranışı diqqət çəkir. İzləyicilər xüsusilə sənətkarın gənclik enerjisini və yaraşıqlı görünüşünü vurğulayıblar. Paylaşımların altında "Xarizmatik olub", "Gənclik illərində çox yaraşıqlı imiş", "Canlı ifası möhtəşəmdir" kimi çoxsaylı rəylər yer alıb. pizza hut

Kadrlarda müğənninin pianoda müşayiətlə mahnını canlı oxuması onun musiqi duyumunu və peşəkarlığını bir daha nümayiş etdirir. Bir çox izləyici qeyd edib ki, illər keçsə də, sənətkarın səsi və ifa üslubu özünəməxsusluğunu qoruyub saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!