Fabrikində 3 milyon həşərat saxlayır   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Fabrikində 3 milyon həşərat saxlayır - Fotolar

Maraqlı

28 Aprel 2020 12:22 1170


Antaliyada akvariumdakı balıqlara canlı yem tapa bilmədiyi üçün 17 il əvvəl həşərat istehsalın başlayan Selami Gökgöl müəssisəsini fabrikə çevirib. 

Yenisabah.az xəbər verir ki, Türkiyədə sahəsinə görə tək icazə sənədi olan obyektdə təxminən 1.5 milyon çəyirtkə, 500 minə yaxın başqa həşəratlar və 1 tona yaxın un qurdu saxlanılır. Fabrik sahibi bu həşəratları həm ölkə daxilində, həm də xaricə satır. 

Selami Gökgöl açıqlamasında balıq sevdasının onu bu günlərə gətirdiyini deyib: "Bir çox dostumla bu haqda danışdıqda mənə "səndən kim çəyirtkə, qurd alacaq?" deyirdi. Aradan 3-5 il keçdi, bir neçə dostumla əlavə iş kimi bunu etməyi qərarlaşdırdıq. Bu işi ilk biz edəcəyik, müəyyən bir nöqtəyə çatacağıq deyə , çox çalışdıq. O qədər çalışdıq ki, ortaq başladığımız dostlarımız zamanla ayrılmağa başladılar. Sonda biz ər-arvad tək qaldıq. Bu müddət ərzində evimizi,maşınımızı, torpağımızı satdıq, çox fədakarlıq etdik. İnadla "bu işi edəcəm" desəniz və fədakarlıq göstərsəniz, bugünlərə gələ bilərsiniz".  Sezar pizza

İşini həyat yoldaşı Funda Gökgöl ilə davam etdirən Selami Gökgöl bu işin ev şəraitində həyata keçirməyin mümkün olmadığını vurğulayıb: "Hər adamın "mən edərəm" deyəcəyi bir iş deyil. Çox bilgi istəyir və ev şəraitində bunu etmək mükünsüzdür. Çünki bu işi həyata keçirmək üçün böyük bir ərazin və qapalı məkanının olmalıdır. Toyuq saxlayan dostlar onun necə çətin olduğunu bilirlər. Toyuq saxlamaqdan daha çətindir. Çünki bir çox detalı var və diqqətli olmaq lazımdır. Biz bunlar üçün xüsusi texnoloji avadanlıqlar istifadə edirik. Kənardan aldığımız qidalara diqqət etməliyik. Aldığımız hər qidanı onlara vermirik. Dərmanla yetişdirilən heç bir məhsulu onlara vermirik. Çünki həşəratlar ölə bilər. Biz bunu yaşamışıq və iki dəfə müflis olmuşuq". 

Səlami Gökgöl məqsədlərinin pul qazanmaq olmadığını da vurğulayıb: "Bizim sayəmizdə Türkiyədə bir çox zooparka müxtəlif heyvan növləri gətirildi. Çünki əvvəllər zooparklarda sürünənlər üçün qida çatışmazlığı var idi. Bizim istehsalımız zooparklardakı müxtəlifliyi 3 dəfə artırıb. Biz 12 növ həşərat saxlayırıq. 2 növ çəyirtkə, 4 növ tarakan, kriket, un qurdu, morio qurdu, bal qurdu, cırcır var. Bu həşəratları balıq və quşlar, sürünənlər və s. kimi canlılar istehlak edir. Gecə-gündüz həşəratların yemləri verilir. Təbiətdəki çəyirtkə növləri ilə müqayisə etdikdə vitamin və protein baxımından olduqca zəngindirlər". 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!