“Facebook” canlı yayım siyasətini sərtləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

“Facebook” canlı yayım siyasətini sərtləşdirdi

Rəqəmsal

15 May 2019 14:28 1321


“Facebook” sosial şəbəkəsi canlı yayım siyasətini sərtləşdirib.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Yeni-Zelandiyanın Christchurch şəhərində baş vermiş terror aktı olub. Belə ki, terrorçu, 28 yaşlı avstraliyalı Brenton Tarrant hücum anlarını videoya çəkərək sosial şəbəkələrdə canlı yayımlayıb. “Facebook” kompaniyasının məlumatına əsasən, hücumdan sonrakı 24 saat ərzində şəbəkədən 1,5 milyona yaxın video çıxarılıb. Məhz bundan sonra "Facebook"da belə addım atılıb.

Artıq “Facebook” qaydaları pozan istifadəçilərin canlı yayıma çıxmasına müvəqqəti qadağa qoyacaq. Sosial şəbəkə yaxın həftələrdə bu məhdudiyyətləri digər sahələrə də tətbiq etməyi planlaşdırır. “Facebook” ilk növbədə qaydaları pozan müştərilərin platformada reklam yerləşdirməsini də məhdudlaşdırmaq fikrindədir. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!