“Facebook” foto və video çəkən “ağıllı eynək”lərini təqdim etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Facebook” foto və video çəkən “ağıllı eynək”lərini təqdim etdi - Foto

Rəqəmsal

10 Sentyabr 2021 22:36 2132


“Facebook” yeni “ağıllı eynək”lər seriyasını təqdim edib.

Yenisabah.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytından məlumat yayılıb. Eynəklər “EssilorLuxottica” və “Ray-Ban” ilə birgə hazırlanıb. “Ray-Ban Stories” adlanan texniki vasitə ilə foto və video çəkmək, mediafaylları paylaşmaq, musiqi dinləmək və zəng etmək mümkündür.

Eynəklər foto və 30 saniyəlik video çəkməyə imkan verən 5 meqapiksellik kamera, mikrofon, eləcə də dinamiklə təchiz olunub. “Ağıllı eynək”lərin yeni seriyası 20 fərqli dizaynda satışa çıxarılıb. Onları onlayn şəkildə əldə etmək mümkündür. pizza sifarişi

Eynəklərin qiyməti 299 dollardan başlayır.

/Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!