“Facebook” və “Twitter” Rusiya ilə əlaqəli hesabları blokladı

saytların hazırlanması

Evə çatdırılma

“Facebook” və “Twitter” Rusiya ilə əlaqəli hesabları blokladı

Maraqlı

02 Sentyabr 2020 15:48 865


“Facebook” və “Twitter” “koordinasiya edilən təsdiqlənməmiş hərəkətlər” səbəbindən Rusiya strukturları ilə əlaqəli bəzi hesabları silib və ya bloklayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin press-relizlərində bildirilir.

“Facebook”un xəbərinə görə, Rusiya İnternet Tədqiqat Agentliyi ilə əlaqəli 13 hesab və iki səhifə sosial şəbəkədən silinib. Bu, həmin səhifələrin fəaliyyətinin Böyük Britaniya, ABŞ, Əlcəzair və Misirə yönləndirilməsi ilə bağlıdır: pizza

“Bu araşdırmanı FTB-nin (Federal Təhqiqat Bürosu) məlumatlarına əsasən başladıq. Daxili araşdırmamız “Facebook”dakı şəbəkənin bütün həcmini əhatə edir”.

“Twitter” isə öz növbəsində bu sosial şəbəkədə beş hesabın bloklandığını bildirib:

“Platformadakı manipulyasiyalara görə Rusiya dövlət qurumları ilə etibarlı şəkildə əlaqələndirə biləcəyimiz beş hesabın fəaliyyətini dayandırdıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!