“Facebook”da saxta xəbər və təhqirlər silinəcək   - Süni intellekt

saytların hazırlanması

Evə çatdırılma

“Facebook”da saxta xəbər və təhqirlər silinəcək - Süni intellekt

Rəqəmsal

15 May 2020 01:43 1234


Süni intellekt “Facebook”da saxta xəbər və təhqirləri siləcək. Bu, 10 mindən 1 milyonadək postu əhatə edə bilər.

Yenisabah.az xəbər verir ki, tədqiqatçılar təhqir və saxta xəbərlərin silinməsi üçün “SimSearchNet” neyron şəbəkəsini təqdim ediblər.

Bu, eyni təsvir və ya mətnləri axtarıb tapan neyron şəbəkəsidir, buna görə yoxlamaları avtomatlaşdırır. Məsələn, sosial şəbəkənin əməkdaşı postda koronavirus haqqında yalan informasiya olduğunu qeyd edən kimi bu informasiya “SimSearchNet”ə göndərilir – süni intellekt dublikatları və ya oxşar təsvirləri axtarıb tapacaq. pizza mizza

“Facebook”un bloqundakı yazıya əsasən, süni intellekt ilkin sınaqlarda “nifrətə çağıran” yazıların 88,8%-ni aşkar etməyi öyrənib. Beləliklə, sosial şəbəkənin moderatorları təxminən 9,6 milyon postu bir-bir silmək məcburiyyətində olmayıb.   /“ICTnews”

  •  

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!