"Facebook"dan koronavirus qadağası

saytların hazırlanması

Evə çatdırılma

"Facebook"dan koronavirus qadağası

Rəqəmsal

27 Fevral 2020 16:15 1362


Sosial media nəhəngi "Facebook" koronavirusla bağlı reklamları qadağan edib. "Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, şirkətin belə bir addım atmasına səbəb isə bu reklamların istifadəçilərə yalan məlumat ötürməsi və insanları aldatmasıdır. Şirkətin qərarına əsasən bundan sonra "Facebook"da "koronavirusdan xilas yolu", "virusdan qoruyan dərman" və s. başlıqlarla təqdim olunan dezinformasiya xarakterli reklamlar yerləşdirmək mümkün olmayacaq. Qeyd edək ki, şirkət "İnstagram"da da yanlış məlumatların qarşısını almağı hədəfləyir. Sabrina Eldarqızı
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!