"Facebook Inc" ötən ilin dördüncü rübündə rekord mənfəət əldə edib.
"Yeni Sabah" xəbər verir ki, "Facebook"un 2018-ci ilin oktyabr-dekabr aylarındakı xalis mənfəəti 6,28 milyard dollar və ya hər bir səhm üçün 2,38 dollar təşkil edib. Ötən ilin analoji dövründə isə göstəricilər 4,268 milyard dollar və ya hər bir səhm üçün 1,44 dollar olub.
Gəlir 30% artaraq 16,914 milyard dollara çatıb. Ötən il bu rəqəm12,972 milyard dollar olub.Son rübdə "Facebook"un reklam gəlirləri də 30% artaraq 16,64 milyard dollara çatıb. pizza mizza
Telegram kanalımız