Fahişəlik edən azərbaycanlı qadınlar dronla təqib olundu

saytların hazırlanması

Evə çatdırılma

Fahişəlik edən azərbaycanlı qadınlar dronla təqib olundu

Dünya

30 Mart 2019 13:04 1626


Türkiyədə polis qadın alverinə qarşı əməliyyat keçirib.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, polis Sakariyada şikayət əsasında araşdırmaya başlayıb. Araşdırma zamanı məlum olub ki, müştərilər və qadın alveri ilə məşğul olan şəxslər bu işi şifrəli sifarişlər əsasında həyata keçirir. Belə ki, müştəri qadın istəyərkən “Sarı Menemen, Sarı Düve, Türkmen Pilavı, Çorba, İnşaat işçisi” kimi ifadələr, həmçinin, ərazidə polis olan zaman “amcalar geziyor” şifrəsindən istifadə ediblər. 

Əməliyyatdan əvvəl cinayətkarların qaçması ehtimalına qarşı polis dronlarla təqib həyata keçirib. Əməliyyat zamanı 10 nəfər saxlanılıb. Onların arasında 2 Azərbaycan vətəndaşı qadın da olub. Onların izahatı alınandan sonra ölkədən deportasiya ediləcək.  Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!