Qar, şaxta, külək, duman -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Qar, şaxta, külək, duman - FAKTİKİ HAVA

Sosial

10 Fevral 2026 10:40 295


Hazırda Azərbaycan ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda (Sarıbaş) 25, Qrızda 6, Şahdağda 4, Xaltanda 3, Şəki (Kişçay), Xızı və Qusarda 2, Göygöl, Daşkəsən, Kəlbəcər və Qubada 1 sm-dir. Dominos pizza

Düşən yağıntının miqdarı Ordubadda 6, Naxçıvan və Sədərəkdə 4, Şərur, Şabran, Astara və Yardımlıda 3, Culfa, Şəmkir, Lerik və Lənkəranda 2, Gədəbəy, Laçın, Qubadlı, Gəncə, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Mingəçevir, Sabirabad, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ və Neftçalada 20, Daşkəsən və Naftalanda 18, Şəkidə 15 m/s-dək güclənir.

Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!