Faytonçu Nazim qəza törətdi - Hadisə yerindən qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Faytonçu Nazim qəza törətdi - Hadisə yerindən qaçdı

Şou

28 Fevral 2019 16:35 1332


Xəbər verdiyimiz kimi, məşhur müğənni, Faytonçu Nazim Pişyari qəza törədib.

Sənətçi bildirib ki, hadisə zamanı həyat yoldaşı ilə evə qayıdırdı. 

“Hava yağışlı idi. Körpünün üstünə çıxanda əyləci basdım ki, avtomobili saxlayım. Lakin əyləc işləmədi. Bu zaman öndə duran “Hyundai Grandeur” avtomobilini vurdum. “Hyundai Grandeur” “Mercedes”ə, “Mercedes” isə digər “Mercedes”ə çırpıldı”, - deyə müğənni xatırlayır. Toyuqlu pizza

N.Pişyarinin sözlərinə görə, hadisədən sonra şəxsən özü sığorta şirkətinə zəng vurub. 

“Onlar hadisə yerinə dövlət yol polisi ilə birgə gəldilər. Məsələni elə orada araşdırdılar. Protokol tərtib edib mənə verdilər. Avtomobilimi cərimə meydançasına apardılar. Digər avtomobilləri isə evakuatorla aparıldı. Hazırda ziyan dəymiş nəqliyyat vasitələrini özüm düzəldirəm. Dəymiş ziyan isə ümumən 17 min manatdır. Sığorta şirkəti həmin məbləğin cəmi beş min manatını verdi. Qalan məbləği isə öz cibimdın ödəyəcəyəm. Qəzada heç kəs xəsarət almayıb. Mən isə hadisə yerindən qaçmamışam. Bu yalan informasiyadır”. (Oxu.az)

******

Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib.

Hadisə fevralın 12-də Bakının Ə. Salamzadə küçəsində baş verib.  

Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib. Zəncirvari qəzaya səbəb olan N. Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub. 

Mövzu barədə müğənninin mövqeyini öyrənməyə çalışsaq da, qarşı tərəf telefonlara cavab verməyib. 

Qafqazinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!