Fazil Məmmədov müşavirinə ayda 120 min manat paket verirmiş

saytların hazırlanması

Evə çatdırılma

Fazil Məmmədov müşavirinə ayda 120 min manat paket verirmiş

Kriminal

17 Fevral 2019 00:47 2141


Vergilər Nazirinin sabiq müşaviri, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsində işləyən Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxıb.

Vergilər naziri Fazil Məmmədovun dövründə H. Məmmədov hər ay 120 min manat paket şəklində pul alırmış. Bu proses 2015-ci ildə olan birinci devalvasiyaya qədər davam edib. Devalvasiyadan sonra isə müşavirin alacağı məbləğ 70 minə qədər azaldılıb.

Fazil Məmmədov işdən azad olunandan sonra isə yeni vergilər naziri Mikayıl Cabbarov bu məbləği ləğv edib və H. Məmmədovu tutduğu vəzifədən azad edib. Sezar pizza

Xatırladaq ki,  Məmmədov Habil Amil oğlu sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb.

Bu yaxınlarda isə o, Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!