Fazil Məmmədovun cənazəsi Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Fazil Məmmədovun cənazəsi Azərbaycana gətirildi

Siyasət

04 Noyabr 2022 18:10 1844


Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb. Marqarita pizza

F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!