Fazil Məmmədovun son durumu: Xəstəxanadan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Fazil Məmmədovun son durumu: Xəstəxanadan açıqlama

Sağlamlıq

27 İyun 2019 10:04 1083


Uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşib. Gəncə Beynəlxalq Hospitalına yerləşdirilən F.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Gəncə Beynəlxalq Hospitalından Modern.az-a verilən məlumata görə, hazırda Fazil Məmədovun səhhəti normaldır:

“Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub. Gətirilərkən vəziyyəti nisbətən ağır idi. Lazımi müayinə və müalicələrdən sonra hazırda səhhəti normallaşıb. Əməliyyat olunması planlaşdırılmır”. Marqarita pizza

F.Məmmədov Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altındadır.

Qeyd edək ki, F.Məmmədov pankreatit xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də uzun müddət Türkiyədəki “American Hastanesi”ndə müalicə alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!