Fazil Mustafa açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa açıqlama yaydı

Siyasət

08 Aprel 2023 09:19 6202


“Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu”. 

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb.

Bir müddət əvvəl güllələnən deputat bildirib: pizza mizza

“Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. 

Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. 

Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!