Fazil Mustafa beş kitabı birdən təqdim etdi

Fazil Mustafa beş kitabı birdən təqdim etdi

Yazar Veb saytların hazırlanması

20 Aprel 2019 21:20 1323


Bu gün Böyük Qurtuluş Partiyasının başqanı, fəlsəfə doktoru, Milli Məclisin deputatı Fazil Mustafanın müəllifi olduğu 5 kitabın təqdimat mərasimi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə deputatlar, elm adamları, yazarlar, ayrı-ayrı media qurumlarının rəhbərləri və ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan media eksperti, professor Qulu Məhərrəmli Fazil Mustafanın müəllifi olduğu kitablar haqqında məlumat verib. O, bu kitabların günümüzün düşüncəsini, həyatını özlərində əks etdirən sanballı, dəyərli materiallar olduğunu bildirib.

Çıxış edən deputat Fəzail İbrahimli Fazil Mustafanın böyük düşüncə insanı olduğunu və bu kitabların onun sərrast düşüncəsinin məhsulları olduğunu diqqətə çatdırıb.

Aqil Abbas, Rəbiyyət Aslanova da çıxış edərək müəllif və kitabları haqda öz fikirlərini bildiriblər.

Təqdim edilən “XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları”, “Düşünürüksə varıq”, “Sağlam düşüncə alternativi”, “İslam qorxusu və müsəlman qorxusu” və “Doğru düşüncənin hikməti” adlı kitablarda müəllifin ötən əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş siyasi cərəyanlarla bağlı tədqiqatları, ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair məqalələri, düşüncə üzərində fəlsəfi baxışları, İslam dini haqda publisistik və elmi məqalələri yer alıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!